“Mən Atamın Davamçısıyam” adlı layihəyə start verildibackend

“Mən Atamın Davamçısıyam” adlı layihəyə start verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin dəstəyi, Azərbaycan İncəsənət Məktəbi, “Yardım Yolumuz” və “Lead Education” Təhsil İnkişaf Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində şəhid olan hərbçilərin övladları üçün “Mən Atamın Davamçısıyam” adlı layihəsinə start verilib.

İnterpress.az xəbər verir ki, layihənin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanları yenidən anmaq, şəhidlərimizin övladlarına qarşı göstərilən dövlət qayğısına töhfə vermək, xalqın sevgisini göstərməkdir.  Layihə boyunca uşaqlara aktyor sənətini  aşılamaqla onlarda 21-ci əsrin yumşaq bacarıqlarının inkişaf etdirilməsi,  əməkdaşlıq, səmərərli üsniyyət  qurma kimi vərdişlərin, tənqidi təfəkkürün formalaşdırılması nəzərdə tutulub. Layihə çərçivəsində şəhid olmuş hərbçilərin övladlarına  ödənişsiz olaraq 3 aylıq aktyor sənətinin əsasları öyrədiləcək, onların iştirakı ilə “Mən Atamın Davamçısıyam” adlı tamaşa qurulacaq.

Təşəbbüsün şəhid övladları üçün mütəmadi keçirilməsi, uşaqların aktyorluq qabiliyyətinə görə seçilməsi planlaşdırılır.  Layihəyə 10 iyul tarixinə qədər 7-13 yaş arasında olan şəhid övladları müraciət edə bilər.

Xatırladaq ki, ölkədə başçısı cənab İlham Əliyev şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət  və qayğını əsirgəmir, onların problemlərini daim diqqətdə saxlayır və həlli üçün lazımi tapşırıqlar verir.

Əlaqə: 0556074049

@aktyorluqmektebi