Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlu özünü güllələyib.
İnterpress.az xəbər verir ki, o, istifadəsində olan silahla özünə atəş açıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Qeyd edək ki, hərbi qulluqçunun özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.