Pakistanın Baş naziri: “İslamofobiya 2001-ci il 11 sentyabr hadisələrindən sonra daha da artıb”backend

Pakistanın Baş naziri: “İslamofobiya 2001-ci il 11 sentyabr hadisələrindən sonra daha da artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslamofobiya sivilizasiyaların toqquşması ilə bağlı təbliğatların nəticəsidir. Bu, uzun müddətdir davam edir, lakin 2001-ci il 11 sentyabr terror aktlarından sonra daha geniş vüsət aldı”.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın baş naziri vəzifəsini icra edən Ənvar-ul-Haq Kakar BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində çıxışı zamanı deyib.

“İslamofobiya uzun müddətdir davam edir, lakin 11 sentyabr terror aktlarından sonra daha geniş vüsət aldı. Bu, müsəlmanların mənfi obrazlarda təqdim edilməsində, İslam obyektlərinə və simvollarına edilən hücumlarda, məsələn, Qurani-Kərimin açıq şəkildə yandırılmasında özünü göstərir”, – o bildirib.