Azərbaycanda “ucuz bilet” kampaniyaları başladı, amma…backend

Azərbaycanda “ucuz bilet” kampaniyaları başladı, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu addım böyük ehtimalla martın 19-dan etibarən “Pegasus” firmasının Qəbələdən İstanbula və Avropanın şəhərlərinə gerçəkləşdirdiyi səfərlərə cavab olaraq atılıb. Çünki sözügedən firmanın Qəbələ – İstanbul reysi 38 avro, Qəbələ – Bodrum reysi 54 avro, Qəbələ – Barselona turu 75 avro idi. Əksər Avropa ölkələrinə təşkil olunmuş turların qiyməti isə 79 avro məbləğində idi. Təbii, söhbət birtərəfli səfərdən gedir.

Indiki halda isə AZAL Bakı-İstanbul-Bakı biletini 179 manata satmaqla rəqabət mühitini xeyli hərəkətləndirir. Martın 27-dən etibarənsə “Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkətinin Kiyev-Bakı-Kiyev, Odessa-Bakı-Odessa və Kiyev-Riqa-Kiyev reyslərində “yalnız əl yükü” tarifləri qüvvəyə minib. MAU aviaşirkəti sərnişinlərin “yalnız əl yükü” tarifi üzrə bilet ala biləcəkləri müntəzəm reyslərin siyahısının genişləndirilməsini elan edib. Belə tarif yüksüz səyahətçilərin daha ucuz qiymətə bilet alaraq qənaət etmələrinə imkan verəcək.

Bu reyslərə bilet alarkən sərnişinlər üç mümkün seçimdən birini seçə biləcəklər: yüksüz (ekonom-klass) uçuş, çəkisi 23 kq-a qədər olan bir yük yeri ilə uçuş (ekonom-klass) və ya hər birinin çəkisi 23 kq-a qədər olan iki yük yeri ilə uçuş (biznes-sinif).

Əgər biletin qiymətini “yalnız əl yükü” tarifi üzrə ödəmiş sərnişinə sonradan yüklə uçmaq lazım gələrsə, bir istiqamətdə birinci yük yerinin daşınması 15 dollara başa gələcək. Bu şərtlə ki, ən geci uçuş vaxtına 24 saat qalmış ödəniş edilsin.MAU-da “yalnız əl yükü” tarifləri ilə bağlı eksperimenti uğurlu hesab edirlər.

Azərbaycanda “ucuz bilet” kampaniyaları başladı, amma...

MAU-da deyiblər: “”Yalnız əl yükü\” tarifləri ilə bağlı eksperimentə start veriləndən bəri Vilnüsə (Vilnüsdən) uçan reyslərin 3 mindən çox sərnişini və Təl-Əvivə (Təl-Əvivdən) uçan reyslərin 11 mindən çox sərnişini bu tariflərdən istifadə edib. Bu, həmin tarifli reyslərin siyahısını genişləndirməyə əsas verir\”.

Gələcəkdə “yalnız əl yükü” tariflərini bir sıra Avropa marşrutlarında da tətbiq etmək planlaşdırılır.

“Yalnız əl yükü” tarifləri mövcud tarif şəbəkəsinə əlavə olaraq tətbiq edilib. MAU-nun bütün reyslərinə əvvəlki qaydada, yəni qeydiyyata alınmış yük yerinin dəyəri daxil edilmiş biletləri də almaq olar.

Amma burda bir detal var: ucuz biletlərə bir qayda olaraq, yemək və baqaj xərcləri daxil deyil. Bəzi hallarda isə baqaja pul ödəmək istəməyən sərnişinlər arasında təyyarədə ciddi insidentlər yaşanır.

Belə ki, əlində bir neçə çanta və iri çemodan olan sərnişinlər onların hamısını “əl baqajı” kimi təqdim edir və bu, salonda yerləşdirmə zamanı ciddi problemlərə səbəb olur. Çünki hər kəs oturduğu yerin üstündəki baqaj yerini öz yükü ilə doldurur. Bir sırada 6 nəfərin oturduğunu nəzərə alanda isə yer qıtlığı yaşanır. Stüardessaların mübahisəyə müdaxiləsi də bəzən problemi həll etmir. Çünki salondakı baqaj yeri məhdud olur.(Müsavat)

İnterpress.az