ABŞ-da avtomobil işçilərinin tətilinin dəyəri 10 milyard dolları ötübbackend

ABŞ-da avtomobil işçilərinin tətilinin dəyəri 10 milyard dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) 3 böyük avtomobil istehsalçısına qarşı keçirdiyi tətilin dəyərinin 6 həftə ərzində 10,4 milyard dollara çatdığı təxmin edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Miçiqanda yerləşən iqtisadi məsləhət firması Anderson Economic Group (AEG) Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqına bağlı işçilərin General Motors (GM), Ford və Stellantis-ə qarşı başlatdıqları “Stand Up” adlı tətillə bağlı son təhlilini açıqlayıb.
AEG-nin açıqlamasında, avtomobil işçilərinin tətilinin birbaşa xərcinin 6 həftədə 10,4 milyard dollara çatdığı təxmin edildiyi ifadə edilib.

Bildirilib ki, bu xərcin təxminən 650 milyon dolları əmək haqqı itkisi, 4,3 milyard dolları istehsalçı zərəri, 3,3 milyard dolları tədarükçü itkisi, 2 milyard dolları isə diler, müştəri və digər zərərlərdən ibarət olub.

Açıqlamada, həmkarlar ittifaqının 3 avtomobil istehsalçısı ilə müvəqqəti razılaşma əldə etməsindən əvvəl işdən çıxarılan işçilərin sayının 56 mini keçdiyi bildirilib.