“Amazon”un Avropadakı təchizat mərkəzlərində işçilər əmək şəraiti, o cümlədən əmək haqqına etiraz olaraq “Əfsanəvi Cümə” günü tətilə çıxıblar. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. UNI Global Union tərəfindən koordinasiya edilən “Make Amazon Pay” qlobal kampaniyası Amazonun endirim kampaniyalarının 24-cü günündə başlayıb. Noyabrın 26-da 30-dan çox ölkədə tətillər və etiraz aksiyaları keçiriləcəyini açıqlayıb.
İlin ən sıx alış-veriş günlərindən biri olan Əfsanəvi Cümə günü başlayarkən Amazonun Almaniya, İngiltərə, Fransa, İtaliya və İspaniyadakı distribüter mərkəzlərində çalışan işçilər əmək şəraiti, o cümlədən maaşlara etiraz olaraq tətilə başlayıblar.
Almaniya Birləşmiş Xidmət Sektoru Birliyinin (Ver.di) verdiyi açıqlamada Bad Hersfeld, Dortmund, Koblenz, Leipzig və Rheinbergdəki beş Amazon təchizat mərkəzində çalışan işçilərin dünən gecə yarısından etibarən 24 saatlıq tətil etdikləri bildirilib.
Həmkarlar ittifaqı Amazon işçilərinin Qara Cümə günü etirazlarda yüksək səviyyədə iştirak göstərdiyinə diqqət çəkib.
Amazon ilə Almaniyadakı işçilər arasında kollektiv müqavilə mübahisəsində Verdi, Amazon-dan paylama mərkəzlərində işçilər üçün yaxşı və sağlam iş üçün kollektiv müqavilə imzalamasını tələb edir.
Həmkarlar ittifaqı son 5 ildə tez-tez tətillər keçirərək Amazona təzyiqi artırmağa çalışıb. Amazon isə əmək haqqının, əlavə imtiyazların və şirkətdəki karyera imkanlarının “əla” olduğunu müdafiə edib.
Amazon-un İngiltərə, İtaliya, Fransa və İspaniyadakı distribyutor mərkəzlərində çalışan işçilər də “Make Amazon Pay” kampaniyasına qatılıb və bu gün iş şəraitinin yaxşılaşdırılması və maaşların ödənilməsi üçün tətilə başlayıblar.
Amazon işçiləri ilin ən sıx alış-veriş günlərində anbarları pozmaq və məhsulların Amazonun küçə dolablarına çatmasının qarşısını almaq məqsədi ilə ABŞ və Avropada nümayişlər planlaşdırır.