ABŞ “B-21 Raider” strateji bombardmançı təyyarəsini sınaqdan keçirərkən süni intellekt sistemlərinin simulyatorlarından istifadə edib.
İnterpress.az bu barədə “Newsweek”ə istinadən xəbər verir.
“B-21-in süni intellektlə işləyən proqram təminatı yeni eradan xəbər verir”, – nəşr qeyd edib.
Həmçinin qeyd olunub ki, ABŞ hazırda süni intellektin inkişafında və xüsusən də hərbi sahədə tətbiqində lider mövqe tutur.