Rusiyada havanın temperaturu mənfi 56 dərəcəyə düşübbackend

Rusiyada havanın temperaturu mənfi 56 dərəcəyə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada tavanın temperaturu mənfi 56 dərəcəyə düşüb, paytaxt Moskva ağ örpəyə bürünüb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Rusiyada qışın gəlməsi ilə havanın temperaturu aşağı düşüb. Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada havanın temperaturu mənfi 50-dən aşağı düşüb. Yakutiyada yerləşən Yakutskda havanın temperaturu mənfi 44 ilə mənfi 47 arasında ölçüldüyü halda, Oymyakonda axşam saatlarında havanın temperaturu mənfi 56 dərəcə olaraq qeydə alınıb.

Mütəxəssislər külək və rütubəti nəzərə alsaq, Oymyakonda temperaturun mənfi 60 dərəcədən çox hiss ediləcəyini və gecə ərzində temperaturun daha da aşağı düşəcəyini bildiriblər. Rusiya Milli Meteorologiya Xidmətindən verilən açıqlamada deyilir: “Dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağı gözlənilir”.

Moskvada qarın qalınlığı 35 santimetrə çatıb.Güclü qar nəticəsində paytaxt Moskva ağa bürünsə də, bəzi yerlərdə qarın qalınlığı 35 santimetrə çatıb. Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb. Bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir.