Tailandın paytaxtı Banqkokdan cənubdakı Sonqxla şəhərinə gedən avtobusun ağaca çırpıldığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Açıqlamada avtobusda ümumilikdə 49 nəfərin olduğu, ilkin məlumata görə, qəza nəticəsində 14 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı bildirilib.
Açıqlamada sürücünün sükan arxasında yatmış ola biləcəyinin qiymətləndirildiyi və qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdirildiyi bildirilib.
Tayland Yol Qəzaları Məlumat Mərkəzinin məlumatına görə, 2022-ci ildə ölkə daxilində təxminən 15 min insan yol qəzalarında həlak olub.
Ümumdünya Səhiyyə Təşkilatı, 2021-ci ildə Tailandda yol qəzalarının ümumi ölümlərin təxminən üçdə birini təşkil etdiyini açıqladı.