Ukrayna Rusiya ərazisindəki neft bazasını vurubbackend

Ukrayna Rusiya ərazisindəki neft bazasını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisindəki neft bazasını vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar gəlib.

Regionun qubernatoru Aleksandr Boqomaz məlumatı təsdiqləyib. Onun sözlərinə görə, PUA-lar zərərsizləşdirildikdən sonra onun sursatları neft bazasının üzərinə düşüb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi əraziyə PUA hücumu barədə məlumat yaymış və texnikaların vurulduğunu bildirmişdi.