Səhiyyə Nazirliyi 2023-cü ildə aparılan sonuncu yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi cədvəlini açıqlayıb.
İnterpress.az xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, müraciət edənlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Cədvəli təqdim edirik:
Tarix və vaxt | İxtisas |
24 yanvar 2024-cü il
saat 10:00 |
Ümumi cərrahiyyə
Travmatologiya – ortopediya Mamalıq-ginekologiya Hematologiya Dermatovenerologiya Üz-cənə cərrahiyyəsi |
25 yanvar 2024-cü il
saat 10:00 |
Nevrologiya
Şüa- diaqnostikası Nefrologiya Revmatologiya Qastroenterologiya Daxili xəstəliklər |
26 yanvar 2024-cü il
saat 10:00 |
Endokrinologiya
Sosial gigiyena və səhiyyənin təşkili Yoluxucu xəstəliklər Kardiologiya Parodontologiya Ortopedik stomatologiya Ortodontiya |
29 yanvar 2024-cü il
saat 10:00 |
Pediatriya
Urologiya Onkologiya Ailə təbabəti Neyrocərrahiyyə Plastik cərrahiyyə Otorinolarinqologiya Allergologiya və immunologiya |
30 yanvar 2024-cü il
saat 10:00 |
Anesteziologiya-reanimatologiya
Oftalmologiya Ftiziatriya Fizioterapiya və tibbi bərpa Tibbi mikrobiologiya Laboratoriya işi Epidemiologiya Uşaq cərrahiyyəsi Patoloji anatomiya,məhkəmə-tibbi ekspertiza Psixiatriya Narkologiya |