Taylor Swift, Beatles, Elton John və Coldplay kimi məşhur adlar da daxil olmaqla bir çox sənətçinin əsərlərinin qanuni yayım hüquqlarını əlində saxlayan Universal Music milyonlarla mahnını TikTok-dan silmək qərarına gəlib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
BBC-nin məlumatına görə, Universal Music ödənişlərlə bağlı danışıqlarda fikir ayrılığından sonra müqaviləsi yanvarın 31-də başa çatdıqdan sonra TikTok-a məzmununun lisenziyasını dayandıracağını açıqlayıb.
Universal Music, TikTok sosial media platformasının digər şirkətlərin geniş musiqi kataloquna daxil olmaq üçün ödədiklərinin yalnız bir hissəsini ödəmək istədiyini və “musiqi üçün ədalətli dəyər ödəmədən musiqi mərkəzli bir iş qurmağa çalışdığını” iddia edib.
TikTok-u “zorbalıq”da ittiham edən Universal Music, “sənətçiləri süni intellektin zərərli təsirlərindən qorumaq və TikTok istifadəçilərinin onlayn təhlükəsizliyindən” də narahat olduqlarını bildirib.
TikTok-un verdiyi açıqlamada Universal Music-in hadisələri səhv bildirməsi, öz “həsisliyini” sənətçi və mahnı müəlliflərinin maraqlarından üstün tutmasının üzücü və məyusedici olduğu qeyd edilib.
Digər tərəfdən, TikTok 2023-cü ilin iyul ayında Warner Music musiqi şirkəti ilə yeni lisenziya müqaviləsi imzalayıblar.