Rusiyanın cənubundakı ən böyük neft emalı zavodunda pilotsuz uçuş aparatının (PUA) hücumuna görə istehsalın dayandırıldığı bildirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev verdiyi açıqlamada Novoşahtinskiyə hücumu həyata keçirən PUA-nın olduğunu bildirib. Neft Məhsulları Zavodu vurulub.
PUA-nın obyektə çırpıldığını və bu səbəbdən istehsalın dayandırıldığını qeyd edən Qolubev hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.
İllik neft emal gücü 7,5 milyon ton olan Novoshahtinskiy Neft Məhsulları Zavodu Rusiyanın cənubundakı ən böyük neft emalı zavodudur.
2023-cü ilin may ayında obyektə PUA hücumu edilib və kiçik ziyan dəyib.