İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) Çində fəaliyyət göstərən sosial media platforması “TikTok”u yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan lazımi səviyyədə qorumadığına görə 10 milyon avro cərimələyib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İtaliya, İngiltərə və İrlandiyadakı TikTok filialları ümumilikdə 10 milyon avro cərimələnib.
Açıqlamada bildirilib ki, TikTok platformasında yayılan məzmuna nəzarət onun yetkinlik yaşına çatmayanların və həssas şəxslərin psixoloji və fiziki təhlükəsizliyini təhdid edib-etmədiyini müəyyən etmək üçün kifayət deyil.
Açıqlamaya görə, sözügedən sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc olunmuş təlimatlarına əməl etməyib.