Tacikistan prezidenti vətəndaşları tacik xalqının şərəfinə ləkə vurmamağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan prezidentinin saytı məlumat yayıb. Bildirilir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon tacik xalqına müraciət edib. Rəhmon vətəndaşları tacik xalqının şərəfinə ləkə vurmamağa və dövlətin imicini yaxşılaşdırmağa səsləyib.
O, vətəndaşları siyasi cəhətdən ayıq olmağa, tacik xalqının şərəfinə ləkə vurmamağa, böyüklərin və uşaqların “maraqlı qüvvələr” tərəfindən istifadə edilməsinə imkan verməməyə çağırıb.
Prezident bunu Ramazan bayramı münasibətilə vətəndaşlara ünvanladığı təbrikdə bildirib.
Xuraman Etibarlı
İnterpress.az