Ermənistanda “Viqmor” MC-də aparılan axtarışlardan sonra Səhiyyə Nazirliyinin uşaq sağlamlığı şöbəsinin müdiri Lilit Avetisyanın həbs olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Onu birbaşa iş otağından aparıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun kompüterini və telefonunu götürüblər.
İstintaq Komitəsinin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Dövlət Səhiyyə Agentliyində də axtarışlar apardığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az