“Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə təmas qrupunun 21-ci iclasında tərəfdaşları cəbhədə vəziyyətin daha da gərginləşməyə doğru barədə məlumatlandırdım”.
İnterpress.az-ın xəbərinə görə, bu barədə Ukrayna ordusunun Baş komandanı Aleksandr Sırski “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, mövqelərdə operativ-strateji vəziyyət son dərəcə gərgindir.
A. Sırskinin sözlərinə görə, qrupun iştirakçısı olan dövlətləri Ukraynanın daha çox silah-sursat və hərbi texnikaya ehtiyacı olduğu barədə də xəbərdar edib.
Xatırladaq ki, ABŞ-nin rəhbərlik etdiyi qrupa 50 ölkə daxildir.