İrəvanın mərkəzində naməlum şəxslər “Royal Music Hall” klubunun şüşələrini daşla sındırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.
Onun sözlərinə görə, klubun təhlükəsizlik xidmətinin əməkdaşı polisə zəng edərək on nəfərin hücum etdiyini və klubun qapılarını sındırmağa çalışdığını bildirib.
Klub direktoru gələn polisə bildirib ki, bir neçə nəfər müəssisənin şüşələrini daşla sındırıb.
Hadisə ilə bağlı istintaq şöbəsində cinayət işi başlanılıb, müstəntiqlər hadisədə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirirlər.
Xuraman Etibarlı
İnterpress.az