Azərbaycan XİN Türkiyəyə başsağlığı verdibackend

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub, nəticədə 39 nəfər yaralanıb, 10 nəfər ölüb.