Azərbaycanın işğaldan azad edilmiş ərazilərə “sıfır emissiya” zonası elan edilib və bu gün Laçın rayonunda təməli qoyulan “Malıbəy” kiçik su elektrik stansiyası (KSES) həmin siyasətin bariz nümunəsidir.
İnterpress.az xəbər verir ki, bunu stansiyanın təməlqoyma mərasimində çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.
“Laçın rayonunun “yaşıl enerji” potensialı böyükdür. Bu günə qədər Laçında 9 KSES istifadəyə verilib. Onların ümumi gücü 80 Mvt-a yaxındır. Bugünkü KSES isə sayca 10-cudur”, — deyə o əlavə edib.