Azərbaycanda iyulun 18-19-da əsasən gündüz saatlarında bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Daşkəsən, Balakən, Şəki, Qobustan, Şamaxı, İsmayıllıda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.