Rusiya hərbi aerodromlarına planlaşdırılan PUA hücumunun QARŞISI ALINDI – VİDEObackend

Rusiya hərbi aerodromlarına planlaşdırılan PUA hücumunun QARŞISI ALINDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya aerodromlarına hücum üçün hazırlanan neyroşəbəkə modullu 24 PUA ələ keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkənin hərbi aerodromlarına hücum etmək üçün nəzərdə tutulan neyroşəbəkə modullu (süni intellektli) 24 ədəd “FPV” tipli pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.

Müsadirə edilən PUA-ların Böyük Britaniya, ABŞ, Kanada və İsveç istehsalı olduğu məlum olub.

Məlumata görə, təxribatçıların əlaltıları bu cihazları məişət texnikası yükünün altında gizlədilmiş xüsusi saxlanc yerlərində ölkə ərazisinə çatdırıblar.

Hazırda bu təxribat fəaliyyətində əli olan şəxslərin tam dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində FTX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az