Çin və Nepal sərhədində torpaq sürüşməsi BAŞ VERDİ – VİDEObackend

Çin və Nepal sərhədində torpaq sürüşməsi BAŞ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsi yaxınlığında torpaq sürüşməsi baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsi yaxınlığında güclü torpaq sürüşməsi baş verib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfərin itkin düşməsi ehtimal olunur.

Çin Prezidenti Si Cinpin hadisə ilə əlaqədar xilasetmə əməliyyatının başlanması və təhlükəli ərazilərdə yaşayan insanların təxliyə edilməsini tapşırıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

İtkin düşənlərin dəqiq sayı və hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az