Kolomnada 2,6 min qədim sikkədən ibarət xəzinə tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Moskvaətrafı arxeoloji ekspedisiyanın rəhbəri, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşı Asya Enqovatova məlumat verib.
Moskva vilayətinin Kolomna şəhərində Dmitri Donskoyun oğlu I Vasili və onun nəvəsi II Vasili Temnının hakimiyyəti dövründə zərb edilmiş 2,6 min sikkədən ibarət xəzinə aşkarlanıb.
Arxeoloqların məlumatına görə, həmin dövrdə bu məbləğə iki şəhər evi və ya bütöv at ilxısı almaq mümkün olub. Tapıntının Moskva vilayəti üçün olduqca nadir hadisə olduğu bildirilir.
Asya Enqovatovanın sözlərinə görə, bölgədə bu miqyasda xəzinənin aşkarlanması təxminən 50 ildə bir dəfə baş verir.
Tapılan sikkələrin tarixi və xəzinənin hansı şəraitdə basdırıldığı ilə bağlı araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






