Adam Kadırova Abxaziya Müdafiə Nazirliyinin medalı təqdim edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat yayıb.
Ramzan Kadırovun sözlərinə görə, oğlu Adam Kadırov Abxaziya Müdafiə Nazirliyinin “Döyüş əməkdaşlığına görə” medalı ilə təltif edilib.
Mükafatın təhlükəsizlik qüvvələrinin bölmələri arasında keçirilən taktiki atıcılıq çempionatından sonra təqdim olunduğu bildirilib.
Məlumata görə, Adam Kadırov “qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi və əməkdaşlığın möhkəmləndirilməsi”nə görə mükafata layiq görülüb.
Təltif Abxaziya Respublikası Müdafiə Nazirliyinin “Döyüş əməkdaşlığına görə” medalı ilə həyata keçirilib.
Xuraman Etibarlı
İnterpress.az






