Alimlər məşqsiz əzələ artırma texnologiyası YARATDIbackend

Alimlər məşqsiz əzələ artırma texnologiyası YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli alimlər məşq etmədən əzələ inkişaf etdirməyə imkan verən texnologiya hazırlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Çin alimlərinin apardığı araşdırmanın nəticələri açıqlanıb.

Alimlər fiziki məşq etmədən əzələ kütləsini artırmağa imkan verə biləcək yeni texnologiya hazırlayıblar.

Metodun mahiyyəti xüsusi əzələ hüceyrələrinin dəri altına yeridilməsi və onların orqanizmdə öz-özünə təşkil olunaraq fiziki yük effektini yaratmasına əsaslanır.

Texnologiya siçanlar üzərində sınaqdan keçirilib. Təcrübə nəticəsində gəmiricilərdə əzələ kütləsinin artdığı, dözümlülüyün yüksəldiyi və sümüklərin sıxlığının yaxşılaşdığı bildirilib.

Eyni zamanda, metodun ürək və oynaqlara əlavə fiziki yük yaratmadığı qeyd olunub.

Tədqiqatçılar texnologiyanı ilk növbədə yaşlı insanlar və uzun müddət yataq rejimində olan xəstələr üçün tətbiq etməyi planlaşdırırlar.

Gələcəkdə metodun daha geniş istifadə üçün əlçatan ola biləcəyi istisna edilmir.

Xuraman Etibarlı

İnterpress.az