Pentaqon rəhbəri və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Ağ Evdə görüş keçiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının mətbuat hovuzunda yer alan jurnalistlər məlumat yayıb.
Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin, MKİ direktoru, Pentaqon rəhbəri və ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri Ağ Evdə müşavirə keçirə bilərlər.
Jurnalistlərin məlumatında görüşün keçirildiyi ehtimal olunur, lakin müşavirənin gündəliyi və müzakirə olunan məsələlər barədə məlumat verilməyib.
ABŞ Prezidenti Donald Trampın görüşdə iştirak edib-etmədiyi isə açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






