Nepal və Tibetdəki genişmiqyaslı daşqından sonra 53 ukraynalı itkin düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nepal və Tibetdə baş verən genişmiqyaslı daşqın və təbii fəlakətdən sonra 53 Ukrayna vətəndaşı itkin düşmüş hesab olunur.
Məlumata görə, avqustun 26-da səhər saatlarında Nepalda olan 46 ukraynalı turistdən ibarət qrupla əlaqə kəsilib.
Daha sonra təbii fəlakət zonasındakı itkin ukraynalıların ümumi sayının 53 nəfər olduğu açıqlanıb.
Rusiya səfirliyinin məlumatına görə, fəlakət bölgəsində olan ən azı 4 Rusiya vətəndaşı ilə də əlaqə saxlamaq mümkün deyil.
Nepal hakimiyyətinin məlumatına əsasən, təbii fəlakət nəticəsində 484 turist, 85 təhlükəsizlik qüvvələri əməkdaşı və 60 hidroenergetika obyektinin işçisi itkin düşmüş hesab olunur.
Daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı isə 157 nəfərə çatıb.
Xuraman Etibarlı
İnterpress.az






