Braziliyada quldur ət dükanını soymağa çalışarkən barmaqlarını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.
Braziliyada quldur ət dükanına hücum edərək oranı qarət etməyə çalışıb.
Hadisə zamanı mağazada çalışan qadınlar onun hücumunun qarşısını almağa çalışıblar.
Məlumata görə, satıcılar hücuma maçete ilə müqavimət göstəriblər. Nəticədə quldur əlinin bir neçə barmağını itirib.
Hadisənin hansı şəhərdə baş verdiyi və şübhəlinin saxlanılıb-saxlanılmadığı barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az





