Slavyankada avtomobil partlayıb, sürücünün öldüyü bildirilir.
İnterpress.az xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqun Slavyanka ərazisində, Kolpinskoye şossesində ərzaq mağazasının yaxınlığında avtomobil güclü partlayış nəticəsində dağılıb.
Məlumata görə, partlayış səhər saat 10 radələrində baş verib. Hadisə şahidləri avtomobilin sürücüsünün öldüyünü və partlayış nəticəsində onun ayaqlarının qopduğunu bildirirlər.
Hazırda hadisə yerində təcili xidmət əməkdaşları işləyir. Partlayışın səbəbi və avtomobildə başqa şəxslərin olub-olmaması barədə məlumat verilməyib.

Xuraman Etibarlı
İnterpress.az






