Azərbaycanda əslində hamının söz demə haqqı var. Bu hüquqi həm də texniki cəhətdən mümkündür. Amma bu imkanlar bəzilərinə yaramır, ya da əksinə, bəzilərinin işinə yarayır. Çünki bütün savadsızlıqları, məntiqsizlikləri ortaya çıxır. Danışdıqca batmaq buna deyirlər.
Xəbər saytlarının birində bir jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov adlı şəxsin \”İtsevər adamlar\” adlı yazısını gördüm. Tanımıram kendilerini, amma yazısının başlığını heç etik saymadım və oxudum. Oxudum ki, görüm nə demək istəyir. Oxumaz olaydım. Məntiqsizlik və ziddiyətlər diz boyu. Balağımızı da çırmalasaq ordan çıxa bilmərik.
Yazısından bəlli olur ki, heyvanlardan və heyvan sevgisindən ya uzaqdı, ya da bu sevgini özünə ar bilir. Hər birimizin bir kəndlə əlaqəmiz var. Ya rayondan, ya da kənddən gəlmişik. Özünün hansı bölgədən olduğunu bilmirəm, amma heçmi həyətlərində heyvan saxlamayıblar? Heçmi heyvan başı tumarlamayıb? Heçmi heyvanla zaman keçirməyib?
Heç birimiz kosmosdan gəlməmişik. Ayaqlarımız heyvanların da ayağının dəydiyi torpaqdadı.
Hər halda bu bəyəfəndi də bəzi insanlar kimi heyvan deyəndə ətinindən, südündən, yumurtasından qısacası insanın hər cürə faydalandığı, qarşılıq aldığı heyvanları nəzərdə tutur. Verdiyi əməyin, yeməyin qarşılığını almaq.
\”Qarşılıqsız heçnə yoxdur\” deyən insanların düşüncə tərzi. Birşey verirsənsə mütləq almaq. Heyvanlara belə yanaşan əlbəttə ki, insanlara da ferqli yanaşmayacaq. Bəzən birşeyləri qarşılıqsız etməyi öyrənməliyik həyatda. Müəyyən yaşa gəlmiş insanlara bu saatdan sonra həyat dərsi keçmək bizə düşməz amma bu yazını oxuyanlar onun düşüncəsindən təsirlənsin istəməzdim.
Yazısında tez-tez itsevər deyir. Bu Allahın yaratdığı məxluqatı xor görmək, özünü ya da insanı bütün bunların üstündə, fövqündə görmək deməkdir. Bunun adı EQO dur.
Heyvan sadəcə qoyun, keçi, toyuq, mal demək deyil. İtləri xüsusi vurğulamağını nə ilə izah edir bilmirəm. Onda bəs kəndlərdə mal-qara saxlayanlara \”malsevər, qoyun saxlayanlara \”qoyunsevər\” deyək? Bu nə yanaşma bu nə düşüncə?
it sevməyi sanki qəbahət kimi göstərib aşağılayıcı və lağ-lağı tərzdə kinayəli yazmağı nəyin və kimin müdafiəsi? O zaman məmurundan tutmuş zəngini, kasıbı it saxlayan və sevən insanlara nə mesaj göndərmək istəyir? Bunu nə ilə izah edir əcaba? Çox uğursuz bə türk qardaşlarımız demişkən talihsiz açıklama.
Jurnalist olmasına yaraşdırmadım bu açıqlamasını. Bəllidir ki, ətraf mühit və heyvanlar aləmində olan heçnə haqqında araşdırma etməyib. Əğər araşdırsaydı görərdi ki, o itlerin yandırıldığı peç Bakidadır, amma çəkiliş nə vaxtındı o müzakirə olunan mövzudur. Belə çəkilişlər əvvəlki illərdən var. İndi bunu yenidən yükləyib hay-küy qaldıra bilərlər. Bu artıq başqa məsələdir. Çünki bu görüntülər elə sosial şəbəkələrdə köhnə tarixlərlə var. Hər iki tərəfin də araşdırmadan danışması ya da yazması ciddi problemlər yaradır.
Bu sadəcə Azərbaycanda deyil, birçox ölkələrdə heyvanlarla münasibət problemlidir. Azərbaycandan qat-qat iqtisadi cəhətdən zəngin ölkələrdə belə bu məsələdə böyük problemlər var. Müəyyən şəxslər, QHT lər daimi bu sahədə işləyir, hökümətə layihələr təqdim edirlər, bir şeylər etməyə çalışırlar. Müəyyən səbəblərdən geçikmələr, ləngimələr olur amma bu itlərə qarşı sadəcə Avropa oyunlarına görə xüsusi bir qətliam deyil.
Digər tərəfdən də bu hay-küy qaldıran, bir qaşıq suda fırtınalar qoparmaq istəyən insanları da anlamıram. İllərdir bu haqda danışanda bizə deyirdilər ki, işiniz-gücünüz yoxdu? Bu qədər problemlər qalıb bir tərəfdə, siz itlərdən danışırsız. Demək istədiyim budur ki, bir şeylərə dəstək ola bilmirsinizsə mane də olmayın. Özünüz bir iş görmürsünüzsə görənlərə \”dır-dır\” edərək mane olmayın. Çənənizi tutmağı öyrənin. Heyvan haqları müdafiəçiləri öz işlərini görsün, siz də onlara yardım edin. Edə bilmirsinizsə bari susun. Təbii ki hüquqi və sivil qaydalarda.
Ölkədə Eurovision yarışması oldu, danışdıq. Ralli oldu, danışdıq. nə olursa danışırıq. İndi də Avropa Oyunları olur 1 ildir danışırıq. Bu oyun ya keçirilməlidir, ya da keçirilməlidir. İsin 90 % i bitib. üzdük-üzdük quyruğuna gəldik, it məsələsini çıxarıb Avropa Oyunlarının ayağına yazdıq? Ortada bir əmək var məncə. Savadlı və araşdırma ilə məşğul olan jurnalistlər bilir ki, it məsələsi hələ Avropa oyunları layihəsinin olmadığı illərdən daha əski məsələdi. Bunun üçün hər zaman müzakirələr gedib. Yəni demək istədiyim odur ki, iti gətirib Avropa oyunları stationunun qapısına bağlamaq lazım deyil.
Gələk Rafael Becanovun talihsiz yazısına. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri olduğunu öyrəndim. Maariçilik budurmu? İnsan haqları deyəndə ətrafdakı diğər canlılar unudulmalıdır? Sizin insanların haqlarını müdafiə etdiyiniz kimi, o haqqlnda itsevər deyə danışdıqlarınız da heyvan haqları müdafiəçiləridir. İndi onlar sizdən dahamı pis işlə məşğuldur? Bu təzad nədir?
Misal gətirir ki, it əti yeyən ölkələrə niyə etiraz etmirlər. Bu da uğursuz bir müqaisədir məncə. Hindistanda İnək əti yemirlər, biz yeyirik. İndi Hindlilər durub üstümüzə gəlsin ki, siz bizim müqəddəslərə qarşı hörmətsizlik edirsiz? Mətbəx başqa məsələdir. Ona qalsa At əti yeyən ölkələr var ki, bizdə at ətinin satılmas qadağandır. İndi nə edək? Kirpi, göyərçin daha nələr yeyir bəzi soydaşlarımız. Buna nə deyirsiniz?
İtsevər deyərək insanlara həqarət etdiyinizi düşünürsünüz amma öxları özünüzə çəkirsiniz. Hədəf taxtası olursunuz. Hər şeyin izahı məntiqli olmalıdır. Heyvan haqları müdafiəçiləri Qarabağ məsələsi ilə bağlı açıqlama vermək məcburiyyətində deyil. Adı üstündə zatən. heyvan haqları müdafiəçiləri. Onların işi budur.
Hər kəsin işinə hörmət etmək lazımdır. Məsələni siyasiləşdirmək də yalnışdır. Qarabağ məsələsi ilə bağlı açıqlama verəcək qurumlar fərqlidir.
İnsanları da heyvan sevdikləri üçün günahlandırmaq olmaz. Məsələni gətirib Qarabağa bağlamaq da hardan çıxdı?
Qarabağ problemimiz illərdir çiyinlərimizdədir. Bu problem var deyə ətraf mühitə laqeyid olmalıyıq? Heçnəyi qorumamalıyıq? Özü də bizdən zəif və bizə möhtac varlıqları.
Hər məsələdən məntiqli çıxış yolu var. Müzakirələr olar, təkliflər olar, layihələr dəyərləndirilər və zamanla işlər görülər. Amma əsla bir birini aşağılamaqla nələrsə əldə etmək olmaz. Sonra it də gedər, ip də…