VHP Ağstafa təşkilatının da konfransı keçirilibbackend

VHP Ağstafa təşkilatının da konfransı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yığıncaqda özəklərdən seçilmiş nümayəndələr və partiya aparatından olan nümayəndələr iştirak ediblər. Konfransın işçi heyəti seçildikdən sonra yığıncaq öz işinə başlayıb.

Təşkilatın sədri Dürdanə Həsənova hesabat çıxışı edərək təşkilatın fəaliyyəti, konfranslar arası görülən işlər və rayondakı ictimai-siyasi vəziyyət barədə danışıb.
Təşkilatın NTK sədri Qabil Əliyev də öz hesabatını çatdırıb, təşkilatın fəaliyyətinin qənaətbəxş qiymətləndirib.

VHP-nin Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Samir Əsədli siyasi proseslərdən, Nəsimi Tovuzlu qurultay hazırlıqlarından və Ədalət Partiyası Ağstafa rayon təşkilatının nümayəndəsi Elmar Cəfərov isə rayondakı siyasi vəziyyətdən danışıblar.

Konfrans nümayəndələrindən-gənclər şöbəsinin sədri Gülnar Tağıyeva, Qadınlar Şöbəsinin sədri Sona Mansurova, təşkilatın sədr müavinləri Anar İsmayılzadə və Vüsalə Hacıyeva da çıxış edərək təşkilatın fəaliyyəti barədə danışıblar.

Sonda təşkiları məsələlərə baxılıb. Dürdanə Həsənova böyük səs çoxluğu ilə sədr seçilib. Təşkilatın Məlisinə 7 nəfər, Nəzarət Təftiç Komissiyasına 3 nəfər və VHP Qurultayına 4 nəfər seçilib.

VHP Ağstafa təşkilatının da konfransı keçirilib

VHP Ağstafa təşkilatının da konfransı keçirilib

İnterpress.az