ABŞ-da davam edən şiddətli qar fırtınası nəticəsində ölənlərin sayı 65-ə yüksəlib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
ABŞ-ın böyük bir hissəsində qar fırtınası davam edir.
Ölümlərdən 34-ü Nyu York ştatında qeydə alınıb.
Son 40 ilin ən böyük qar fırtınası ilə mübarizə aparan ABŞ-da həftə sonu ölkənin böyük bir hissəsində yüz minlərlə ev və iş yeri kəsilib, minlərlə uçuş ləğv edilib.