ABŞ ərəb ölkələrindən Qəzza zolağına sülhməramlılar göndərməyi XAHİŞ ETDİbackend

ABŞ ərəb ölkələrindən Qəzza zolağına sülhməramlılar göndərməyi XAHİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton ərəb ölkələrindən müharibə başa çatdıqdan sonra Qəzza zolağına sülhməramlılar göndərməyi xahiş edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bayden administrasiyası ərəb dövlətlərini müharibə bitdikdən sonra Qəzza zolağına yerləşdiriləcək sülhməramlı qüvvələrdə iştirak etməyə çağırıb.

Nəşr yazır ki, ABŞ bunu Fələstinin etibarlı təhlükəsizlik aparatı yaradılana qədər sektorda boşluğu doldurmaq ümidi ilə edir.

Misir, BƏƏ və Mərakeş bu təşəbbüsü nəzərdən keçirir, digər ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı, “İsrailin əməkdaşları” kimi görünmək qorxusundan öz qüvvələrini yerləşdirmək ideyasını rədd edir.

Qeyd edilir ki, Bayden Qəzza zolağında ABŞ hərbçilərini yerləşdirmək istəmir, lakin ərəb ölkələri hesab edirlər ki, istənilən səylər ABŞ rəhbərliyi altında həyata keçirilməlidir.

Xuraman Etibarlı

İnterpress.az