ABŞ-ın Corciya ştatının paytaxtı Atlantada Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanında qadının bıçaqla hücumu nəticəsində 3 nəfər yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Atlanta Polis Departamentindən verilən açıqlamaya görə, bir qadın, biri polis olmaqla 3 nəfərə hücum edib. Atlanta Beynəlxalq Hava Limanında məmur və taksi sürücüsünü bıçaqlayıb.
Hücum edən şəxs nəzarətə alınarkən, yaralıların vəziyyətinin kritik olmadığı bildirilib.
Hücumun səbəbləri ilə bağlı araşdırmalar davam edir.