ABŞ-ın yeni dövlət katibi bəlli oldubackend

ABŞ-ın yeni dövlət katibi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı Entoni Blinkenin Dövlət Departamentinin rəhbəri postuna namizədliyini təsdiqləyib.

“RİA Novosti” agentliyi bu barədə senatdakı səsvermənin nəticələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, Entoni Blinken ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin yaxın tərəfdaşlarından biri hesab olunur.

O, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin birinci müavini və dövlət katibinin birinci müavini vəzifələrində çalışıb.