ABŞ Kiyevə yeni silahlar göndərəcəkbackend

ABŞ Kiyevə yeni silahlar göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərmək üçün “Stinger” zenit-raket sistemləri, “Javelin” tank əleyhinə raket kompleksləri, eləcə də digər avadanlıqlardan ibarət yeni paket hazırlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Silahların çatdırılması aprel ayına planlaşdırılır.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlamışdı. Aprelin 25-də Kiyevə səfəri zamanı Pentaqon rəhbəri Lloyd Ostin və ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 322 milyon dollar dəyərində yeni hərbi dəstək tədbirlərini elan ediblər.