ABŞ Malidəki Vaqner liderinə sanksiya tətbiq edəcəkbackend

ABŞ Malidəki Vaqner liderinə sanksiya tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyanın Malidəki təhlükəsizlik şirkəti “Vaqner” qrupunun rəhbərinə qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Maliyyə Nazirliyi Malidəki “Vaqner” qrupunun lideri İvan Maslova qarşı sanksiyaların tətbiq edilməsinin səbəbi kimi Kremlin Ukraynadakı Rusiya qüvvələrinə silah çatdırmaq üçün Qərbi Afrika ölkəsi Malidən istifadə etməsi göstərilib.

Maslovun Ukraynadakı Rusiya qüvvələrinə çatdırmaq üçün xarici tədarükçülərdən minalar, pilotsuz uçuş aparatları və müxtəlif silah sistemləri almağa çalışdığı bildirilib.

ABŞ-ın hər hansı ölkənin Vaqner qrupu vasitəsilə Rusiyaya yardım göstərmə səylərinə qarşı olduğu vurğulanıb: “Vaqner qrupu Ukraynada istifadə üçün hərbi texnika əldə etmək səylərini, o cümlədən Malidəki fəaliyyətlərini gizlətməyə çalışır. Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Maliyyə Nazirliyinin müşaviri Brian E. Nelson açıqlamasında “Sanksiyalar Vaqner qrupunun qlobal əməliyyatlarını dəstəkləyən əsas icraçının müəyyən edilməsi və fəaliyyətinin dayandırılması deməkdir”.

Nelson qeyd edib ki, Vaqner qrupunun Afrika qitəsində mövcudluğu region ölkələri üçün sabitliyi pozur.