ABŞ-nin Gürcüstandakı səfirliyi partlayıcı qurğularla bağlı xəbərdarlığını GERİ GÖTÜRDÜbackend

ABŞ-nin Gürcüstandakı səfirliyi partlayıcı qurğularla bağlı xəbərdarlığını GERİ GÖTÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisi ticarət mərkəzlərində mümkün partlayıcı qurğularla bağlı xəbərdarlığını geri götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi bəyanat yayıb.

“Regional Təhlükəsizlik Müdirliyi diplomatik missiya əməkdaşlarının və vətəndaşların əvvəllər müəyyən edilmiş yerlərdən qaçması ilə bağlı tövsiyəsini ləğv edib.

Gürcüstanın hüquq-mühafizə orqanları dünən axşam səfirliyə bildiriblər ki, üç ticarət mərkəzindən heç birində partlayıcı qurğu aşkar edilməyib.

Regional Təhlükəsizlik Müdirliyi səfirlik işçilərinə bölgələrdən qaçmaq üçün tövsiyələr verir”, – ABŞ-nin Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.

Xuraman Etibarlı

İnterpress.az