ABŞ səfirliyindən Moskvada bayrağın götürülməsi ilə bağlı AÇIQLAMAbackend

ABŞ səfirliyindən Moskvada bayrağın götürülməsi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ səfirliyi Moskvadakı binadan bayrağın götürülməsinə aydınlıq gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Moskvadakı səfirliyi məlumat yayıb.

Səfirliyin açıqlamasına görə, diplomatik nümayəndəliyin binasından ABŞ bayrağının götürülməsi planlı təmir işləri ilə bağlıdır.

Hazırda bayraq dirəyində texniki işlərin aparıldığı bildirilib.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın amerikalı müğənni Dolli Partonun vəfatı ilə əlaqədar sentyabrın 1-dək ölkə üzrə bayraqların yarıyadək endirilməsi barədə göstəriş verdiyi qeyd olunub.

Səfirlik bayrağın binadan götürülməsinin hər hansı digər səbəblə bağlı olmadığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az