Abşeronda “Azərsu”yun əməkdaşları zibilləri təmizləməyin qarşısını kəsibbackend

Abşeronda “Azərsu”yun əməkdaşları zibilləri təmizləməyin qarşısını kəsib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda “Azərsu” ASC-nin əməkdaşları ərazinin zibillənməsinə və antisanitariya vəziyyətinin yaranmasına səbəb olub.

Bu barədə İnterpress.az-a bir qrup sakin məlumat verilib.

Bildirilib ki, söhbət Abşeron Gənclər şəhərciyindən gedir.

Qeyd edilib ki, məhəllədə su borusu deşilib.

Buna gör də “Azərsu” əməkdaşları təmir etmək adı ilə bir həftədir ərazini qazıblar.

Bu qazıntıya görə də zibilləri daşımaq mümkün deyil.

Nə zaman təmir olunacağı da bir müəmma olaraq qalır.