Ağdam kəndində müharibə veteranlarının evlərinə qaz çəkilirbackend

Ağdam kəndində müharibə veteranlarının evlərinə qaz çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyi (İB) Tovuzun Ağdam kəndinin bir sıra evlərini qazlaşdırılmasını həyata keçirib.

Bu barədə “Azəriqaz” İB-dən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, dövlət proqramları çərçivəsində və Birliyin tədbirlər planına daxil olan təmir-tikinti prosesləri zamanı vətəndaşların müraciətləri daha çox diqqətdə saxlanılır. Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları iyul ayında düşmən təxribatı ilə üz-üzə qalan Tovuz rayonunun Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb.

Belə ki, Ağdam kəndində müharibə veteranlarının 7 fərdi evlərinin qazlaşdırılması icra edilir. Bunun üçün uzunluğu 1500 metrə yaxın diametri 57 mm olan borularla əsas küçə xətləri çəkilib.

“Azəriqaz” İB bildirir ki, bundan sonra da Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin qaz təchizatı ilə bağlı çətinlikləri daim diqqətdə saxlanılacaq və onların müraciətləri vaxtında icra ediləcək. Məlumat üçün bildirək ki, 2020-ci ildə 20-dən çox belə ailənin müraciəti əsasında qazlaşma aparılıb, qaz xətlərinin yerinin dəyişdirilməsi işləri görülüb.

 

 

İnterpress.az