Aİ və Qazaxıstan birgə batareyalar və “yaşıl” hidrogen istehsal edəcəkbackend

Aİ və Qazaxıstan birgə batareyalar və “yaşıl” hidrogen istehsal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) və Qazaxıstan noyabrın 7-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-27) Tərəflərin 27-ci Konfransında xammal hasilatı, akkumulyator istehsalı və “yaşıl” hidrogen sahələrində anlaşma memorandumu imzalayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün (noyabrın 7-də – red.) Misirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-27) Tərəflərin 27-ci Konfransında iştirak zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Qazaxıstanın Baş naziri Əlixan Smailov Aİ ilə Qazaxıstan arasında tərəfdaşlığa başlayan Anlaşma Memorandumu imzalayıblar”, – məlumatda bildirilib.

Razılaşma xammal və emal məhsullarının tədarükünə yönəlib. Sənəd həmçinin bərpa olunan hidrogen istehsalı şəbəkələrini və akkumulyator istehsal siklini inkişaf etdirmək məqsədi daşıyır.

Aİ və Qazaxıstan Memorandumun həyata keçirilməsi üçün 2023-2024-cü illər üçün yol xəritəsi hazırlamağı öhdəsinə götürüblər. Eyni zamanda, onlar növbəti altı ay üçün bu yolda konkret tədbirləri artıq razılaşdırıblar.