Almaniya Kansleri avrozonada maliyyə böhranı təhlükəsini görmürbackend

Almaniya Kansleri avrozonada maliyyə böhranı təhlükəsini görmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Kansleri Olaf Şolts maliyyə bazarlarındakı gərginliyə baxmayaraq, avrozonada maliyyə böhranı təhlükəsini görmür.

“Report” xəbər verir ki, o, bu barədə Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

“Mən belə bir təhlükə görmürəm. Maliyyə sistemi 2008-ci il böhranından əvvəlki kimi sarsıntılı deyil. Almaniya banklarında müştərilərin əmanətləri təhlükəsizdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, martın 10-da ABŞ-ın 16-cı ən böyük bankı olan “Silicon Valley Bank” müflis olduğunu bəyan edib. Bank Silikon Vadisi müəssisələrinin aparıcı kreditorlarından biri olsa da, iki gündən az müddətdə iflas etdi.