Almaniyada Öcalanın fotosunun istifadəsi qadağan edilibbackend

Almaniyada Öcalanın fotosunun istifadəsi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Ali Məhkəməsi PKK terror təşkilatının lideri Abdullah Öcalanın fotoşəkillərinin nümayişlərdə istifadəsinə qadağa qoyub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

KRV Ali İnzibati Məhkəməsi 2017-ci ilin noyabrında Düsseldorf Əyalət Məhkəməsinin qadağan qərarına etirazını rədd edib, çünki PKK Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısındadır və Almaniyada fəaliyyəti qadağandır.

Belə ki, Ali Məhkəmə Düsseldorf Əyalət Məhkəməsinin toplantı və nümayişlərdə terror lideri Öcalanın fotoşəkillərinin istifadəsinə qadağa qoymasını təsdiqləyib.

Bildirilib ki, KRV Ali İnzibati Məhkəməsinin bu qərarı yekun qərar deyil və qərardan Federal İnzibati Məhkəməyə şikayət verilə bilər.

PKK lideri Öcalanın fotoşəkili ilə yanaşı, əyalətin paytaxtı Düsseldorf Əyalət Məhkəməsinin qərarı ilə terror təşkilatına aid döş nişanları və bayraqlar da qadağan edilib.