Almaniyada Ukraynanın bərpasına kömək məqsədilə sərvət vergisi tətbiq edilə bilərbackend

Almaniyada Ukraynanın bərpasına kömək məqsədilə sərvət vergisi tətbiq edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Sosial Demokrat Partiyasının həmsədri Saskia Esken ölkədə sərvət vergisinin tətbiqini təklif edib.

Bu təklif Ukraynanın bərpasına daha çox vəsaitin köçürülməsi məqsədilə irəli sürülüb.

“Ölkəmizdə cəmiyyəti bir araya gətirən, Ukraynada yenidənqurmaya dəstək verən və eyni zamanda qlobal aclıq böhranına göz yummayan, həmrəyliyə əsaslanan dövlətin effektiv şəkildə maliyyələşdirilməsi üçün super varlıların aktivlərinə vergi tətbiq edilməlidir. Bu vergi həmrəyliyə əsaslanmalıdır”, – deyə Olaf Şoltsun ​​əməkdaşı qeyd edib.

Solçuların parlament fraksiyasının lideri Ditmar Barç da Eskenin fikirləri ilə razılaşıb.

“Super varlıların ümumavropa səviyyəsində iştirakına ehtiyacımız var. Onsuz da inflyasiya və enerji qiymətlərindən əziyyət çəkən adi vergi ödəyiciləri müharibənin hesabını təkbaşına  ödəməməlidirlər”, – deyə o vurğulayıb.

Mənbə: UNİAN