Almaniyanın müdafiə naziri: “Qadınların hərbi xidməti dərhal başlaya bilər və başlamalıdır”backend

Almaniyanın müdafiə naziri: “Qadınların hərbi xidməti dərhal başlaya bilər və başlamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya qadınları məcburi hərbi xidmətə çağırıb.

interpress.az xəbər verir ki, bu barədə məlumatı “Zeit Online” yayıb. Bildirilir ki, alman siyasətçiləri də qadınları məcburi hərbi xidmətə çağırıblar.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun planına məcburi hərbi xidmətə yalnız kişilərin cəlb edilməsi daxildir.

Siyasi partiyalardan, xüsusən CDU/CSU-dan “hal-hazırda nəsə etmək” və qadınları buna cəlb etmək tələbi gəlir. Almaniya Konstitusiyasına dəyişiklik edilməsi məsələsinə də baxılır.

Bundestaqdakı CDU/CSU parlament fraksiyasının sədr müavini Yohan Vadeful “bizim dövrümüzdə artıq cinslər arasında fərq qoya bilmərik” deyib.

Siyasətçinin fikrincə, qadınların hərbi xidməti dərhal başlaya bilər və başlamalıdır.

“Ona görə də mən yalnız müdafiə nazirini indi nəsə etməyə çağıra bilərəm. Bizə böyük bir plan lazımdır. Biz hissə-hissə qərarlarla heç nəyə nail olmayacağıq”, – Vadeful bildirib.

CDU eksperti Serap Gülər ​​də qadınların məcburi hərbi xidmətə çağırıb. Analitik bildirib ki, müdafiə naziri Boris Pistorius tərəfindən planlaşdırılan ildə 10 000 yeni əsgər yalnız başlanğıcdır.

Xuraman Etibarlı

İnterpress.az