Anar Kərimov: “İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin aşkarlanması üçün monitorinq aparılır”backend

Anar Kərimov: “İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin aşkarlanması üçün monitorinq aparılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərdən ötən ilin noyabrından sonra 400-dən çox tarixi mədəniyyət abidəsi aşkar edilib”.

Bunu jurnalistlərə açıqlamasında mədəniyyər naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, abidələrdən 140-150-ə yaxını dövlət reyestrində olmayıb:

“Eyni zamanda, 800 dən çox mədəniyyət müəssisələri, teatr və kitabxanalar, musiqi məktəbləri olub. Monitorinqlərimiz onu da göstərir ki, 95 faizə yaxın tarix-mədəniyyət abidələri dağıdılıb. Bu monitorinqlər hələ də davam edir. Elə yerlər var ki, ora bizim nümayəndələr gedib çıxa bilməyiblər. Burda həm mina təhlükəsi var, həm də landşaft çətinliyi. Amma bu iş davam etdirilir”.

“Monitorinq başa çatandan sonra bununla bağlı siyahı hazırlayıb, beynəlxlaq təşkilatlara müraciət edəcəyik və Ermənistan tərəfinin məsuliyyətə cəlb olunması tələb olunacaq. Dağıdılmış abidələr göstərir ki, bu, hərbi və bəşəriyyətə qarşı törədilmiş cinayətdir”, – deyə o qeyd edib.