Antalyada avtobus qəzası: 12 turist yaralandıbackend

Antalyada avtobus qəzası: 12 turist yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin cənubunda Antalya vilayətində turistləri daşıyan avtobus qəzaya düşüb, azı 12 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” qəzeti yayıb.

Qəza Manavqat-Kızılot avtomobil yolunda baş verib. Hadisəyə səbəb avtobusun təkərinin partlaması olub.

İlkin məlumata görə, avtobusda Almaniya vətəndaşları olub. Yaralılar xəstəxanaya yerləşdirilib.