Argentinalı nazir: “Görülən bütün tədbirlərə baxmayaraq ölkəmizdə “Britaniya ştammı”na yoluxma qeydə alınıb”backend

Argentinalı nazir: “Görülən bütün tədbirlərə baxmayaraq ölkəmizdə “Britaniya ştammı”na yoluxma qeydə alınıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın Elm, Texnologiya və İnnovasiya naziri Roberto Salvaressa görülən bütün mümkün profilaktik tədbirlərə baxmayaraq, ölkəsində koronavirusun mutasiya etmiş növünün aşkarlandığını elan edib.

Argentinalı nazir bu barədə öz “Twitter” səhifəsində məlumat verib.

R. Salvaressa bildirib ki, “Britaniya ştammı” İngiltərədən gələn şəxsdə aşkar edilib.

Xatırladaq ki, Argentina rəsmiləri Böyük Britaniyada koronavirusun yeni növünün aşkarlanması səbəbiylə 21 dekabrdan bəri bu ölkəyə uçuşları dayandırıb.

 

İnterpress.az